Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Düşmən sərhəddə növbəti dəfə təxribat törətdi - Fotolar

Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini “Şmel” reaktiv odsaçandan atəşə tutub.

Hərbi qulluqçularımız arasında itki yoxdur.

Müdafiə Nazirliyi bir daha bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaqdır.

 

Yenicag.az

www.yenicag.az

206