Düşmən Tərtəri artilleriya atəşinə tutur – Yaralılar var

Sentyabrın 30-da səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, ilkin məlumata görə mülki infrastruktura ziyan dəyib və yaralılar var.