Düşmən təxribata cəhd etdi – Bu istiqamətdə

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafi­zəsini həyata keçirən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşun­larının “Qazax” əla­hiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təx­ribatları davam edir.

Yenicag.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, son günlər ərzində sərhəd döyüş məntəqələrimiz və arxa isti­qa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz Ermənistan Res­­­publikasının Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən günün müxtəlif vaxtlarında dəfələrlə intensiv atəşə tutulub.

Bütün hallarda düşmən təxribatlarının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

COP29