Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Düşmən təxribatı nəticəsində 1-i körpə, 10-u uşaq, 27-si qadın olmaqla 91 nəfər həlak olub - RƏSMİ

Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 nəfər dinc sakin həlak olub.

Yenicag.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə baş prokuror Kamran Əliyev deyib.

Onun sözlərinə görə, o bildirib ki, təxribat nəticəsində 400 nəfər dinc sakin yaralanıb:

“Ermənilərin təxribatı nəticəsində Azərbaycanın yaşayış məntəqələrində 2442 yaşayış evi dağılıb, 92 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb. Həmçinin erməni təxribatları zamanı 428 mülki obyektə ziyan dəyib”.

K. Əliyev deyib ki, həlak olanların 1-i körpə, 10-u uşaq, 27-si qadın, 53 nəfəri kişidir. Həlak olanların 15 nəfəri ahıl yaşlı insanlardır.

www.yenicag.az

182