Düşmən təxribatı nəticəsində dağıdılan məktəblərin sayı – 3 məktəbli həlak oldu / RƏSMİ

Təhsil Nazirliyi düşmən təcavüzü nəticəsində dağıntılara məruz qalan təhsil müəssisələrinin siyahısını açıqlayıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, dağıntılara məruz qalan məktəblərin siyahısı aşağıdakı kimidir:

Tərtər – 12 məktəb

Ağdam – 11 məktəb

Gəncə – 5 məktəb

Füzuli – 4 məktəb

Goranboy – 3 məktəb

Bərdə – 1 məktəb

Ağcabədi – 1 məktəb

Qeyd edək ki, düşmən təcavüzü nəticəsində 3 məktəbli həlak olub. Həlak olan məktəblilər Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin IX sinif şagirdi Fidan Qurbanova, Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və Ağcabədi rayonu, R.Quliyev adına Taynaq kənd orta məktəbinin IX sinif şagirdi Fərid İsgəndərovdur.