Düşmən təxribatları: 28 mülki şəxs qətlə yetirildi, 144 nəfər yaralandı – VİDEO

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 28 mülki şəxsi qətlə yetiririlib, 144 nəfəri isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 66, yaşayış evlərinin sayı isə 427-dir.