Düşmən təxribatları nəticəsində 25 mülki şəxs həlak olub, 127 nəfər yaralanıb

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 25 mülki şəxs həlak olub, 127 nəfər yaralanıb.

Bundan başqa, 56 mülki obyekt və 313 yaşayış evi yarasız hala düşüb.