Düşmən yaşayış məntəqələrimizi top və minaatanlardan atəşə tutdu

Noyabrın 5-i gün ərzində və 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumatda bildirilib.