Düşmən yaşayış məntəqələrimizi top və minaatanlardan atəşə tutdu

Noyabrın 2-də gün ərzində və 3-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.