Düşmənə daha bir tutarlı cavab: “Atlas” – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən hazırlanmış “Proqramı”ın 6.3.5. bəndində Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi nəzərdə tutulub.

Məlumdur ki, dialekt və şivələr dilin canlı tarixidir. Mətbuatın, televiziyanın, ümumiyyətlə, kütləvi informasiya vasitələrinin inkişaf etdiyi, miqrasiyaların artdığı bir dövrdə dialekt və şivələr artıq məhvə doğru gedir. Lakin dialekt və şivələrdə elə dil faktları ortaya çıxır ki, bu, Azərbaycan xalqının kimliyini, tarixini, mədəniyyətini, aborigenliyini sübuta yetirə bilir və Azərbaycan torpaqlarına göz dikənlərə tutarlı cavab olur.

Dövlət başçısının sərəncamından sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun rəhbərliyi Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları ilə məsləhətləşərək “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın hazırlanmasını qarşıya məqsəd qoydu. Bilirik ki, Naxçıvan Muxtar Respulikası strateji əhəmiyyətli ərazidir.

Belə ki, qədim Azərbaycan torpağı Zəngəzur 1920-ci ildə totalitar sovet hakim dairələrinin antiazərbaycan siyasəti nəticəsində qanunsuz olaraq Ermənistana verilmiş və bunun acı nəticəsi olaraq Naxçıvan Muxtar Respublikasının ölkə ərazisi ilə torpaq sərhədləri kəsilib. Eləcə də 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxil olan Kərki kəndinin torpaqları Ermənistana verilmiş və bunun da nəticəsində həmin kənd Naxçıvan ərazisindən təcrid olunmuşdur. Bundan əlavə 1929-cu il fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi totalitar inzibati-amirlik şəraitində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 9 kəndinin: Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz kəndlərinin, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kənd torpaqlarının bir hissəsinin əkin sahələri və otlaqları ilə birlikdə Ermənistan Sovet Sosialist Respublikasına birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Naxçıvan Muxtar Respublikasının sərhədləri haqqında Moskva müqaviləsi (1921) və Qars müqaviləsinin (1921) müddəaları nəzərə alınmadan və sənədləri imzalayan tərəflərin iştirakı olmadan Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin Muxtar Respublika ərazisinin bir hissəsinin Ermənistana verilməsi ilə bağlı bu anlaşılmaz və qeyri-qanuni qərarı beynəlxalq hüquq normalarının kobudcasına pozulması faktı, Azərbaycan xalqına qarşı əsl xəyanətkarlıq və cinayət əməlidir.

Və bu gün də Ermənistan dövləti Naxçıvan Muxtar Respublikasının torpaqlarını zəbt etməyə iddialıdır. Düşmənə tutarlı cavablardan biri də məhz bu “Atlas” ola bilər.

Dialektoloqlar hər şeydən qabaq “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlasının proqramı” əsasında işə başlamışlar. Onlar 2014-cü ilin iyun-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında ekspedisiyada olarkən müasir Azərbaycan ədəbi dilinin əsasını təşkil edən qəbilə və tayfa dillərinin izinə düşmüş, zəngin material toplamışlar. Bənzərsiz dağlar diyarı olan Naxçıvanın ecazkar təbiəti və ona uyğun özünəməxsus həyat tərzi, hətta daş dövrünün izləri bu bölgənin əhalisinin məişətində və dil xüsusiyyətlərində qorunub saxlanılmışdır. Belə ki, Naxçıvan qrupu dialekt və şivələrində Azərbaycan xalqının islamdan əvvəlki dövrlərə aid inancları: göy qüvvələrinə bağlılıq, tanrıçılıq, totemizm və sair əlamətlər müşahidə olunmuşdur.

Ekspedisiya zamanı Naxçıvan Muxtar Respublikasınnın izoqlas verə biləcək 151 yaşayış məntəqəsindən (Naxçıvan şəhər zonası üzrə 4, Sədərək rayonu üzrə 4, Şərur rayonu üzrə 37, Kəngərli rayonu üzrə 9, Babək rayonu üzrə 22, Şahbuz rayonu üzrə 20, Culfa rayonu üzrə 23, Ordubad rayonu üzrə 32) zəngin dialektoloji material əldə edilmiş və bu materiallar əsasında dilin bütün səviyyələrini əhatə edən 250 xəritədən ibarət “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” tərtib olunmuşdur (Bax: “Fonetika” 64 xəritə tərtib edən: Kifayət İmamquliyeva; “Qrammatika” 130 xəritə – tərtib edənlər: Kübra Quliyeva, Qüdsiyyə Qəmbərova, Məhərrəm Məmmədov; “Leksika” 56 –tərtib edənlər: Zirəddin Xasiyev, Əbülfəz Quliyev).

“Atlas”dan istifadə işini asanlaşdırmaq məqsədilə bölmələr üç rəngdə (göy – “Fonetika”, qırmızı – “Qrammatika”, yaşıl – “Leksika) təqdim edilmişdir. Rənglər həm də rəmzi olaraq Azərbaycan Respublikasının dövlət bayrağını özündə əks etdirir.

“Proqram” və xəritələrdə istifadə edilmiş şərti işarələrin açıqlanması da “Atlas”da öz əksini tapmışdır.
Dialektoloji Atlas Qrupunun “Atlas”la bağlı fəaliyyətini informatorlarla görüşlərini, eləcə də Naxçıvan Muxtar Respublikasının təbiəti və tarixi abidələrini,müasir və qədim memarlıq üslubunu, etnoqrafiya və kulinariyasını əks etdirən şəkillər Azərbaycanın üzvi tərkib hissəsi olan bu qədim diyar haqqında dolğun təəssürat yaradır. “Atlas”ın gələcəkdə meydana çıxacaq tədqiqat işlərinə açar rolu oynayacağını və dilçilikdən başqa, tarix və coğrafiya, etnoqrafiya və kulinariya, eləcə də digər elm sahələrinin mütəxəssisləri üçün əhəmiyyətli olacaq.

Dilçilik elmi ilə yanaşı, həm də ümumiyyətlə, azərbaycançılıq baxımından əhəmiyyəti olan, ardıcıl elmi axtarışların və ekspedisiyaların nəticəsi olaraq ərsəyə gələn, dünya ictimaiyyətinə 4 dildə (Azərbaycan, türk, ingilis, rus) təqdim olunan “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”na əlavə olunmuş kompakt diskdə səsli elektron “Atlas”, həmçinin Muxtar Respublikasının müxtəlif yaşayış məntəqələrindən olan informatorların səsləri yerləşdirilmişdir.
Yüksək elmi və poliqrafik səviyyədə təqdim edilən “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” dünyada dialektoloji atlasların yaradılması tarixində olduqca mühüm və əhəmiyyətli bir hadisədir. Cəsarətlə demək olar ki, bu “Atlas” Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan diyarının qədim türk-oğuz yurdu olmasının danılmaz elmi möhürüdür.

“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən hazırlanmış “Proqramı”ın 6.3.5. bəndində Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi nəzərdə tuulmuşdur.

Məlumdur ki, dialekt və şivələr dilin canlı tarixidir. Mətbuatın, televiziyanın, ümumiyyətlə, kütləvi informasiya vasitələrinin inkişaf etdiyi, miqrasiyaların artdığı bir dövrdə dialekt və şivələr artıq məhvə doğru gedir. Lakin dialekt və şivələrdə elə dil faktları ortaya çıxır ki, bu, Azərbaycan xalqının kimliyini, tarixini, mədəniyyətini, aborigenliyini sübuta yetirə bilir və Azərbaycan torpaqlarına göz dikənlərə tutarlı cavab olur.

Dövlət başçısının sərəncamından sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun rəhbərliyi Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları ilə məsləhətləşərək “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın hazırlanmasını qarşıya məqsəd qoydu. Bilirsiniz ki, Naxçıvan Muxtar Respulikası strateji əhəmiyyətli ərazidir.
Belə ki, qədim Azərbaycan torpağı Zəngəzur 1920-ci ildə totalitar sovet hakim dairələrinin antiazərbaycan siyasəti nəticəsində qanunsuz olaraq Ermənistana verilmiş və bunun acı nəticəsi olaraq Naxçıvan Muxtar Respublikasının ölkə ərazisi ilə torpaq sərhədləri kəsilmişdir. Eləcə də 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxil olan Kərki kəndinin torpaqları Ermənistana verilmiş və bunun da nəticəsində həmin kənd Naxçıvan ərazisindən təcrid olunmuşdur. Bundan əlavə 1929-cu il fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi totalitar inzibati-amirlik şəraitində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 9 kəndinin: Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz kəndlərinin, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kənd torpaqlarının bir hissəsinin əkin sahələri və otlaqları ilə birlikdə Ermənistan Sovet Sosialist Respublikasına birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Naxçıvan Muxtar Respublikasının sərhədləri haqqında Moskva müqaviləsi (1921) və Qars müqaviləsinin (1921) müddəaları nəzərə alınmadan və sənədləri imzalayan tərəflərin iştirakı olmadan Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin Muxtar Respublika ərazisinin bir hissəsinin Ermənistana verilməsi ilə bağlı bu anlaşılmaz və qeyri-qanuni qərarı beynəlxalq hüquq normalarının kobudcasına pozulması faktı, Azərbaycan xalqına qarşı əsl xəyanətkarlıq və cinayət əməlidir.

Və bu gün də Ermənistan dövləti Naxçıvan Muxtar Respublikasının torpaqlarını zəbt etməyə iddialıdır. Düşmənə tutarlı cavablardan biri də məhz bu “Atlas” ola bilər.

Yüksək elmi və poliqrafik səviyyədə hazırlanan “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” dünyada dialektoloji atlasların yaradılması tarixində mühüm və əhəmiyyətli bir hadisədir. Qeyd etməliyik ki, bu atlas Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanın qədim türk-oğuz yurdu olmasının danılmaz elmi möhürüdür
Nəsimi adına Dilçilik İnstitutunun Kitabxana şöbəsinin müdiri Sevil Zülfüqarova “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına təqdim etmişdir. Həmçinin “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” Azərbaycan Milli Kitabxanası, AMEA-nınM.Füzuli adına Əlyazmalar İnstitutu və Folklor İnstitutununun fondlarına , Türkiyənin İSAM (İslam Araşdırmalar Mərkəzi) Kitabxanasına, Türk Dünyası Araşdırmalar vakfına təqdim olunmuşdur.

Təqdimetmə mərasimində atlas barədə ətraflı məlumat verilib. Qeyd edilmişdir ki, “Elm və Təhsil” nəşriyyatında nəfis şəkildə çap olunan atlasda Naxçıvan dialektinin fonetik, leksik-sintaktik, morfoloji quruluşu barədə müfəssəl, dəqiq, düzgün məlumatlar yer almışdır. İlk dəfə olaraq atlasda həm də mp3 formatında canlı səs yazıları verilmişdir.

Bildirilib ki, atlas kitabxanaların zəngin fondunda öz layiqli yerini tutacaq, tədqiqatçı alimlərin istifadəsi üçün dəyərli mənbə olacaqdır.

Azərbaycan Milli Elmlər Akademiyası, Nəsimi adina Dilçilik İnstitutu, Sevil Zülfüqarova, şöbə mudiri

COP29