Düşmənə məxsus PUA belə məhv edildi – VİDEO

Bu gün səhər saatlarında Mingəçevir istiqamətində Ermənistana məxsus PUA-nın HHM bölmələrimiz tərəfindən məhv edilməsi anının görüntüləri yayılıb.

Yenicag.az Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

***

11:47

Bu gün səhər saat 08:00 radələrində Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən bildirilib.