Düşmənin Bərdə və Tərtəri atəşə tutan “Qrad”ı məhv edildi – VİDEO

Düşmənin Bərdə və Tərtəri atəşə tutan “Qrad”ı məhv edilib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki paylaşımında məlumat verib.

H.Hacıyev bildirib ki, Azərbaycanın Bərdə və Tərtər şəhərlərinə və mülki insanlara hücum edən Ermənistan ordusunun “Qrad” yaylım atəşli reaktiv sistemi dəqiq idarəolunan raketlə məhv edilib. Bir çox günahsız mülki şəxsin həyatı xilas edilib və mülki infrastruktura dəyə biləcək potensial zərərin qarşısı alınıb.

Рейтинг@Mail.ru Яндекс.Метрика