Düşmənin Füzuli istiqamətindəki 4-cü taboruna zərbə endirildi – MN

Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qoyub.

Bu barədə Yenicag.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.