Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.
Bu barədə Yenicag.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib.
Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
– 230-dək tank və digər zirehli texnika;
– 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
– 38 ədəd hava hücumundan müdafiə vasitələri;
– 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
– 7 silah-sursat anbarı;
– 130-dan artıq avtomobil texnikası;
– 1 ədəd “S-300” zenit-raket kompleksi.