Düşmənin pilotsuz uçan aparatı məhv edilib

c14b0254c1d0d15a2bab6875c592543fErmənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat məhv edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, dekabrın 6-da Ermənistan silahlı qüvvələrinə məxsus kiçik ölçülü pilotsuz uçan aparat aşkarlanaraq Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunlarının bölmələri tərəfindən sərrast atəşlə dərhal məhv edilib.(APA)