Dustaq məhkəmə zalından qaçdı – Bakıda

dustaqBakıda rayon məhkəmələrinin birində dustaq proses zamanı məhkəmə zalından qaçıb.

Hadisə Sabunçu rayon məhkəməsində olub. Sentyabrın 14-də hakim Süleyman Ağayevin sədrliyi ilə keçirilən prosesdə Bakı İstintaq Təcridxanasından gətirilən gənc dustaq Penitensiar Xidmətin əməkdaşlarının əlindən qaçıb.

Sabunçu rayon məhkəməsindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, məhkəmə zalından qaçan dustaq binanın həyətində tutulub.

Penitensiar Xidmət rəhbərliyi hadisə barədə məlumatlandırılıb. Buna görə də xidmətin əməkdaşı Həsən adlı şəxsə töhmət verilib(qafqazinfo).