Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Düşünürük ki, tez-gec buna da nail olacağıq”

0fd31ab98af4c3f6254a3054155c81dd“Avrasiya İqtisadiyyat Zirvələrində etdiyimiz müraciətlər öz nəticələrini verir”.

Bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

İstanbulda keçirilən XVIII Avrasiya İqtisadiyyat Zirvəsində iştirak edən Ə. Həsənov bildirib ki, Avrasiya İqtisadiyyat Zirvəsində iştirak edən dövlətlərin əksəriyyəti beynəlxalq qurumlarda təmsil olunur: “Məsələn, İslam Əməkdaşlıq Təşkilatı. Avrasiya İqtisadiyyat Zirvəsində iştirak edən ölkələr arasında İƏT üzvləri var. Bizim onlarla apardığımız iş sayəsində İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb və özünün bütün Zirvə toplantılarında Ermənistanı qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmağa, BMT Təhlükəsizlik Şurasının qərarlarına əməl etməyə çağırıb. Burada Avropanı təmsil edən ölkələr də var. Bilirsiniz ki, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti və digər təşkilatlar da Ermənistanı Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırıb. Bu Zirvəyə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Xəzər-Qara dəniz bölgəsini təmsil edən digər qurumların nümayəndələri də qatılır. Onlar da bu çağırışlara müsbət reaksiya verirlər. Yəni, bizim bu çağırışlar nəticəsiz qalmır. Azərbaycan nümayəndə heyətinin qaldırdığı məsələlər və Ermənistana təzyiq göstərilməsi üçün dəfələrlə etdiyi müraciətlər hardasa öz bəhrələrini verir. Sadəcə, Ermənistanın bizim torpaqlarımızdan geri çəkilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi qalır. Düşünürük ki, tez-gec buna da nail olacağıq”.

Qeyd edək ki, XVIII Avrasiya İqtisadiyyat Zirvəsində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və energetika naziri Natiq Əliyev “Şərəf” medalı ilə təltif edilib.

www.yenicag.az

205