!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Duterte: Amerikaya getsəm, BMT-ni yandıracağam

!Reklam – Yazi

duterteFilippin prezidenti Rodriqo Duterte narkotik alverçiləri ilə mübarizə üsullarını tənqid etdikdən sonra BMT-ni yandıracağı ilə hədələyib.

Yeniçağ.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə The Independent qəzeti məlumat yayıb.

“İstəsəniz BMT-ni yandıraram. Amerikaya getsəm, BMT-ni yandıracağam”, – nəşr Filippin başçısının Zamboanqa şəhərində hərbi bazada çıxışı zamanı dediyi sözləri sitat gətirib.

Qeyd edək ki, daha öncə dekabr ayında BMT-nin insan haqları üzrə komisarı Zeyd Raad əl-Hüseyn Filippin məhkəməsini Dutertenin Davao şəhərinin meri olarkən ən azı üç nəfəri güllələməsinə dair bəyanatı ilə əlaqədar araşdırma aparmağa çağırıb.

71 yaşlı Duterte bu ilin iyun ayının 30-dan Filippin prezidentidir. Dövlət başçısı olduğu andan etibarən ölkədə narkotik vasitələrin satışı ilə mübarizə kampaniyası başlayıb, kampaniyanın gedişatında minlərlə insan ölüb.

Daha öncə BMT-nin tənqidinə cavab olaraq Duterte Filippinin Beynəlxalq təşkilatın tərkibindən çıxacağını istisna etməmişdi.

Yeniçağ.Az

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv