Duz tökmə hərəkəti ilə fenomenə çevrilən Nusretə 250 min dollarlıq cəza

Dünyanın bir çox yerində restoranları olan türk aşpaz Nusret Gökçeyə məhkəmə 250 min dollarlıq pul cəzası verib.

Yenicag.az xəbər verir ki, restoranlar şəbəkəsinin sahibi, duz tökmə hərəkəti ilə sosial mediada fenomenə çevrilən Nusret Gökçe ABŞ-ın Manhattan əyalətindəki restoranda çalışan bir neçə süfrəçini işdən qovub. Həmin işçilər onu məhkəməyə verərək təzminat tələb ediblər. Süfrəçilərin iddialarında haqlı olduğunu müəyyənləşdirən hakim isə aşpazın faizi ilə birlikdə təzminatı ödəməsinə qərar verib.

Bununla belə, həmin süfrəçilərin tərcümeyi-halındakı “işdən qovulub” sözlərinin çıxarılıb.

COP29