Düzəltdiyi silahla özünə atəş açdı

Ağdam rayon sakini ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb.

Hadisə Xındırıstan kəndində baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü İsmayılov Tofiq Kamal oğlu kustar üsulla düzəltdiyi silahı yoxlayan zaman ehtiyatsızlıqdan açılan atəş özünə dəyib.

Sağ gözündən güllə yarası alan T. İsmayılov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az