!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Düzgün pendir seçməyin qaydaları – Qiymət, rəng, ölçü...

!Reklam – Yazi

Supermarketlərdə istənilən damaq dadına uyğun hər formada pendirlər satılır.      

Böyük hipermarketlərdə 100 çeşiddən artıq pendir seçimi ilə qarşı-qarşıya qalırıq. Hər bir pendir növü özünə məxsus dadı ilə fərqlənir.

Bəzi istehsalçılar pendirin maya dəyərini aşağı salmaq üçün onu bitki yağları ilə istehsal edirlər. Bu isə istehlakçı üçün çox böyük mənfi haldır. Səbəbi isə bu maddələrin orqanizmə vurduğu zərərdir.

Düzgün pendiri necə seçmək lazımdır? Necə edək ki, sevimli ərzağımızdan istifadə edərkən eyni zamanda sağlam qalaq?

Əsil pendir təbii süddən hazırlanır. Pendirin yaranması prosesi zamanı südün tərkibində insan orqanizmi tərəfindən yaxşı mənimsənilən maddələr əmələ gəlir.

Amma bəzən istehlakçılar inək südü əvəzinə palma yağından istifadə edirlər. Ancaq bu maddə insan orqanizmi üçün kifayət qədər təhlükəlidir. Buna görə də pendir alarkən aşağıdakı qaydalar diqqət yetirmək məsləhətdir:

1. Pendir alarkən onun tərkibini diqqətlə oxuyun:

Əgər onun tərkibində bitki mənşəli yağların olduğunu görsəniz yaxşı budur almaqdan yan keçin. Keyfiyyətli pendirin tərkibində yalnız heyvan mənşəli yağlar olmalıdır.

2. Qiymətinə diqqət edin: 

Ucuz pendir keyfiyyətsiz məhsullardan hazırlanır. Bu cür pendirlərin tərkibində sağlamlıq üçün təhlükə yaradan maddələr kifayət qədər olur.

3. Rənginə fikir verin:

Təbii pendirin bütün səthinin rəngi eyni olur. Əgər o həddən artıq tünd rənglidirsə deməli, pendirə rəngləyicilər qatılıb.

4. Pendirin üzərində olan deşiklərin ölçüsü:

Pendir seçərkən onun üzərində olan deşiklərin ölçüsünə fikir verin. Əgər deşiklər pendirin orta hissəsində böyük kənarlarda kiçikdirsə deməli bu məhsul təbii deyil. Onu almağa dəyməz.

5. Pendirin üzəri hamar olmalıdır: 

Pendirin üzərində ərp və çatlar olmamalıdır. Bu pendirin düzgün saxlanılmadığına bir işarədir. Yaxşı olardı ki, bu məhsulu almaqdan yan keçin. Pendiri aldıqdan sonra onun təbii olub olmadığını evdə yoxlaya bilərsiniz. Bunun üçün pendirdən bir dilim kəsib onu 90 dərəcəlik bucaq altında əyin. Əgər pendir əyildiyi yerdən qırılmazsa, deməli bu təbii məhsuldur!/Medicina/

www.yenicag.az

3903
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv