Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram – Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində paylaşım edilib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

“Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan? Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram. Həlak olanların ailələrinə və doğmalarına başsağlığı verirəm. Allah rəhmət eləsin”.