DYP 2 gündə 21 min sürücünü cərimələdi

1437973311_52aa6e23-0ffe-49b7-8e17-cf4506b866d2Ölkə ərazisində DYP əməkdaşları tərəfindən reydlər keçirilir.

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bununla bağlı açıqlamasında bildirib ki, avqustun əvvəlindən keçirilən reydlər nəticəsində 21 029 nəfər sürücü inzibati məsuliyyətə cəlb olunub.

Şöbə rəisi qeyd edib ki, məsuliyyətə cəlb edilən sürücülərin 154 nəfəri avtomobili sərxoş vəziyyətdə idarə edib:

“Həmçinin 11 mindən çox sürücü sürət həddini aşdığına görə məsuliyyətə cəlb olunub. Respublika yollarında keçirilən reydlər avqustun sonuna qədər davam edəcək. Reydlər həftə boyu bütün regionlarda keçirilir. Sürücülərimiz yola çıxmazdan əvvəl nəzərə almalıdır ki, yay mövsümündə yollarda hərəkətin intensivliyi kifayət qədər artır.

Çünki il ərzində ən çox yol-nəqliyyat hadisələri məhz iyul-avqust aylarına təsadüf edir. Bəzən istirahət mərkəzindən qayıdan insanların sərxoş vəziyyətdə sükan arxasına oturmaları, sürət həddinə əməl etməmələri və digər bu kimi qayda pozuntuları son nəticədə ağır qəzaların baş verməsinə gətirib çıxarır. Sürücülərdən xahişimiz odur ki, yollarda sürət həddinə ciddi riayət etsinlər, özlərinin və avtomobildə olan sərnişinlərin, ailə üzvlərinin həyatını təhlükəyə atmasınlar”-deyə K.Əliyev vurğulayıb.