DYP avtomobili piyadanı belə vurdu – VİDEO

Xaçmaz-Xudat şossesində DYP əməkdaşının törətdiyi qəzanın görüntüləri yayılıb.

Yenicag.az xəbər verir ki, görüntülərdən Xaçmaz RPİ Dövlət Yol Polisi Bölməsinin əməkdaşının 99-YP-191 dövlət qeydiyyat nişanlı xidməti “Kia” markalı avtomobillə qəflətən yola çıxan piyadanı vurması əks olunub.

Ağır xəsarət alan piyada Ə.Müslümov xəstəxanaya yerləşdirilib.