DYP Bakı sürücülərinə müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.

Yenicag.az xəbər verir ki, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli deyib ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə paytaxtın mərkəzi küçə və prospektlərində xüsusəndə Azneft, Dənizkənarı bulvar – Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin intensiv hərəkətini, nəzərə alıb, şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi və ən əsası dayanma durma tələblərinə ciddi şəkildə riayət etmək xahiş olunur.