DYP-dən hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında ayın 20-də yağışın sulu qar və qarla qarışıq yağması gözlənilir. Yanvarın 20-dən 21-nə və 21-dən 22-nə keçən gecə paytaxtda temperaturun 0-mənfi 2 dərəcə olacağı proqnozlaşdırılır.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər temperaturun aşağı düşməsini nəzərə alaraq yola çıxarkən son dərəcə diqqətli olmalıdırlar:

“Şaxtalı hava şəraitində avtomobil sahibləri və sürücülər mövsümi qış təkərlərindən, eləcə də hər iki oxu aparıcı olan avtomobillərdən istifadəyə üstünlük versinlər. Belə hava şəraitində istifadə edilən avtomobillərin təkərlərinin mövsümə uyğun olmasını tövsiyə edirik. Avtomobillərin şüşə ilgəcləri mütləq işləməli, avtomobillər texniki cəhətdən saz olmalı, əyləc sistemindən istifadə edilməməlidir. Sürət həddi hava şəraitinə uyğun olmalı, ara məsafəsi gözlənilməlidir”.

Vaqif Əsədov əlavə edib ki, piyadalar yolların hərəkət hissəsindən hərəkət etməsinlər, yalnız onlar üçün ayrılmış səkilərdən istifadə üstünlük versinlər.