DYP-dən sürücülərə xəbərdarlıq – Şəxsi avtomobillər buraxılmayacaq!

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərin və nəqliyyat vasitələri sahiblərinə müraciət edib.

Yenicag.az xəbər verir ki, idarə sürücülərin nəzərinə çatdırır ki, sentyabrın 27-də keçiriləcək “Qarabağ” – “Roma” oyunu ilə əlaqədar olaraq, Bakı Olimpiya Stadionu ətrafında təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Həmin gün futbolu izləməyə xeyli sayda azarkeşin gələcəyi nəzərə alınaraq, stadion ərazisinə şəxsi avtomobillər buraxılmayacaq. Azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat çatmalarının alternativi olaraq metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarının yaxınlığından stadion istiqamətinə xüsusi avtobuslar pulsuz xidmət göstərəcəklər.

Buna görə də, stadion ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün azarkeşlərdən yarışın keçiriləcəyi Bakı Olimpiya Stadionuna icitmai nəqliyyatdan istifadə etməklə gəlmələri xahiş olunur.