!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

!Reklam – Yazi

Sürücülər yağışlı hava şəraitində sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun Yenicag.az-a verdiyi məlumata görə, sürücülər əyləc sistemindən istifadə edərkən yağış sularının yollarda sürüşmə şəraiti yaratdığını nəzərə almalıdır. Hər bir sürücü avtomobilin işıq sisteminə, şüşə silənlərinin sazlığına diqqət yetirməlidir. Əks halda qəzalar qaçılmazdır.

V.Əsədov, həmçinin bildirib ki, Bakıda bəzi işıqforların işləməməsi sürücüləri çaşdırmamalıdır: “Xəbər verildiyi kimi paytaxtın bəzi ərazilərində işıqforların fəaliyyətində problemlər yaranıb. Belə olan halda hər bir sürücü yol nişanlarının tələblərinə riayət etməlidir. Hazırda həmin ərazilərdə Dövlət Yol Polis İdarəsinin əməkdaşları nizamlayıcı qismində xidmət aparır. Sürücülər buna da diqqət yetirməli, nizamlayıcının göstərişlərinə uyğun hərəkət etməlidirlər”.

Şöbə rəisi belə hava şəraitində sakinləri daha çox ictimai nəqliyyatdan istifadə etməyə çağırıb.

www.yenicag.az

2401
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv