DYP əməkdaşları da Xankəndidə xidmətə başladılar – FOTO

Xankəndi şəhərində DYP əməkdaşları da xidmətə başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

“Şəhər ərazisində yol-hərəkəti qaydalarının təşkili və tənzimlənməsi həyata keçirilir. Hərəkət iştirakçılarına polis əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyi ilə bağlı izahlar verilir, profilaktik işlər aparılır. Səngərsiz Vətəndə xidmətimizdən qürur duyuruq”, – E.Hacıyev qeyd edib.