!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DYP işçisi yük maşınını saxladı - Digər "Kamaz" ona çırpılaraq aşdı - FOTO

!Reklam – Yazi

Göyçay rayonunda iki yük avtomobili bir-birinə çırpılıb.

Yenicag.az xəbər verir ki, bu gün saat 11:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Qarabaqqal kəndi ərazisindən keçən hissəsində 31-BC-781 dövlət nömrə nişanlı “Kamaz” markalı yük avtomobili hərəkətdə olarkən sürücü ərazidə xidmət aparan DYP əməkdaşının qayda pozuntusuna görə verdiyi saxla əmrinə tabe olaraq nəqliyyat vasitəsini dayandırıb.

Onun arxası ilə sürətlə gələn 50-BH-512 dövlət nömrə nişanlı digər “Kamaz” markalı avtomobil ara məsafəsini düzgün seçmədiyi üçün qarşıdakı yük avtomobilinə çırpılıb. Nəticədə qarşıdakı yük avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı hər iki avtomobilin sürücüsü yüngül xəsarət alıb. Mişar daşı ilə dolu olan bu nəqliyyat vasitələrinin icarə əsasında iki qardaş tərəfindən idarə olunduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır./Unikal/

  • DYP işçisi yük maşınını saxladı - digər "Kamaz" ona çırpılaraq aşdı (FOTO)

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv