!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DYP Nemət Pənahlıdan üzr istədi - Avtomobilini "oğurladıqları" üçün

!Reklam – Yazi

Yol polisinin evakuatoru bu dəfə müxalifətçi partiya sədrinin maşınına əl qoyub.

Yeniçağ.Az xəbər verir ki, Milli Dövlətçilik Partiyasının (MDP) sədri Nemət Pənahlının avtomobili yol polisinin evakuatoru tərəfindən aparılıb. Məlumata görə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında bir sıra siyasətçilərin iştirakı ilə təşkil edilən görüşə qatılan AMDP sədri Nemət Pənahlı toplantını yarımçıq tərk etməli olub. Buna səbəb yol polisi evakuatorunun Pənahlının avtomobilini cərimə meydançasına aparmasıdır.

Hadisə ilə bağlı Yeniçağ.Az-a açıqlama verən Nemət Pənahlı artıq problemin həll olunduğunu deyib:

“Yol polisinə gedib, məsələni araşdırdım. Soruşdum ki, maşınımı qadağan olunmayan yerdə saxladığım halda, evakuator nə ixtiyarla avtomobili oradan aparıb? Anlaşılmazlıq olduğunu deyərək, məndən üzr istədilər və maşını götürdüm. Təbii ki, qaydanı pozmadığım üçün heç bir cərimə də ödəmədim”.

Yeniçağ.Az

www.yenicag.az

666
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv