!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DYP rəisi ilə “AzPolitika”nın məhkəməsi başlayır

!Reklam – Yazi

Nusirevan-300x225Bu gün Xətai Rayon Məhkəməsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi (BDYP), polkovnik Nuşirəvan Səfərovun “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı məhkəmə iddiası üzrə hazırlıq iclası keçirilib.

İclasın sonunda hakim Habil Məmmədov xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunması barədə qərar qəbul edib. Məhkəmə baxışı 08 oktyabr 2015-ci il tarixə saat 15.30-a təyin olunub.

Elnur Məhərrəmlinin vəkili Elçin Sadıqov bu qərarı “qanunsuz” adlandırıb.

Xatırladaq ki, BDYP rəisi AzPolitika.info saytının 31 avqust tarixli buraxılışında yayımlanmış “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir?!”adlı yazıda təhqir olunduğunu iddia edib və E.Məhərrəmlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş edib.

E.Məhərrəmli isə DYP rəisinin bu tələbini “AzPolitika”-ya təzyiq cəhdi hesab edir.

 

Yenicag.az

www.yenicag.az

969
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv