Şəki ŞRPŞ-nin Dövlət Yol Polisi bölməsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki regional şöbəsinin əməkdaşlarının birgə iştirakı ilə qaydaları pozan sürücülərə qarşı reyd keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə , reyd zamanı məlum olub ki, bir sıra avtobus və mikroavtobus sürücüləri müvafiq sənədləri, fərqlənmə nişanları olmadan qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar.
DYP və DANX-ın əməkdaşları tərəfindən avtomobilin üst hissəsinə qanunsuz olaraq yük yeri bağlayan, sərnişindaşıma və yük daşıma qaydalarını pozan sürücülər aşkarlanıb.
Ümumilikdə 25 sürücü barəsində inzibati tədbirlər görülüb.