“Əbədi məşəl”də kabab bişirən yeniyetmələrin videosu sosial şəbəkədə qınaq obyektinə çevrilib.
Yenicag.az xəbər verir ki, Vesti.ru “Facebook” səhifəsində abidədə qeyri-etik hərəkət edən yeniyətmələrin videosunu paylaşıb.
Şərh bölməsində isə qeyd olunub: “Bu nəsilə görə xəcalət çəkirik! Mahaçqala yeniyetmələri Əbədi məşəldə kabab bişiriblər. Bütün bunları isə yaşlı şəxs kameraya çəkib və heç onları dayandırmağa cəhd də göstərməyib”.