Ebeko vulkanı 2,5 kilometr yüksəkliyə kül püskürdü – VİDEO

Kuril adaları silsiləsinə daxil olan Paramuşir adasında Ebeko vulkanı püskürüb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin Mətbuat Xidməti məlumat verib.

“Ebeko vulkanının külü 2,5 kilometr yüksəkliyə çatıb”, – məlumatda qeyd olunur.

Məlumatda şleyfin vulkandan şərqə doğru beş kilometr məsafədə yayıldığı bildirilir.