Ebeko vulkanı 3,5 kilometr yüksəkliyə kül püskürdü

Vulkanoloqlar Böyük Kuril silsiləsinin (Saxalin vilayəti, Rusiya) Paramuşir adasındakı Ebeko vulkanında 3,5 kilometr hündürlüyündə kül dumanı qeydə alıblar.

Yenicag.az  xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin Vilayəti Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. Məlumatda şleyfin şərqə doğru 5 kilometrdən çox məsafəyə yayıldığı qeyd olunmuşdu

Ebeko Paramuşirin şimal hissəsində yerləşir. Vulkanın hündürlüyü 1156 metrdir. Ona aviasiya üçün narıncı rəng təhlükə kodu müəyyən edilib. Bu o deməkdir ki, vulkan yüksək püskürmə ehtimalı ilə aktivlik nümayiş etdirir.

COP29