Almaniyanın Hamburq şəhərində Ebola xəstəliyinin xarakterik simptomlarının müşahidə olunduğu 28 yaşlı kişi hospitala yerləşdirilib.
Yenicag.az azertac-a istinadla xəbər verir ki, Serra-Leonedən Hamburqa gələn bu şəxs yüksək hərarət və qusma əlamətləri ilə həkimlərə müraciət edib. Bundan sonra o, təcili olaraq karantinə alınıb.
Bir qədər əvvəl Dünya Səhiyyə Təşkilatı Qərbi Afrikada ölümcül Ebola virusunun yayılmasını beynəlxalq səviyyəli fövqəladə vəziyyət kimi qiymətləndirmişdi.