“Ebola” epidemiyası sona çatır

hekmka“Ebola” epidemiyası sona çatmaq üzrədir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında deyilir.

Qeyd olunur ki, son həftə ərzində 100-dən az insan bu virusa yoluxub.

Xatırladaq ki, dünyada “Ebola” virusuna yoluxma halları daha çox Mali, Nigeriya və Seneqalda qeydə alınıb. Ümumilikdə dünyada bu virusa 21 min 171 yoluxma halı qeydə alınıb. Təkcə Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 8 min 300 nəfərdən çox olub.

Alimlər virusun mənbəyinin qorilla və kiçik bonobo şimpanzeləri olduğunu bildirirlər.