Konqo Demokratik Respublikasında iyulun sonlarından etibarən “Ebola” virusuna yoluxanların sayı 250 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, yoluxanların Şimali Kivu və İturi vilayətlərində qeydə alındığı bildirilir.
Məlumata görə, həmin şəxslərdən 162 nəfər artıq dünyasını dəyişib.
Xəstəliyə yoluxanlardan 67 nəfərin bu ölümcül xəstəlikdən yaxa qurtardığı bildirilir.
Qeyd edək ki, vəziyyətlə əlaqədar Konqo DR-da Ümumdünya Səhiyyə Təşkilatının 250-dən çox mütəxəssisi işləyir.