Ebolaya qarşı vaksinin sınağı başlandı

img1716987SDFDYenicag  aznews-a istinadən məlumat verir ki, ABŞ-ın “Johnson & Johnson” şirkəti ölümcül Ebola virusuna qarşı hazırlanan yeni vaksinin testlərinə başlayıb.  Sınaqların ilk fazası Oksford Universitetində keçirilir. Testlərdə fiziki cəhətdən sağlam olan 72 könüllü iştirak edir.
Qeyd edək ki, az öncə digər əczaçılıq şirkətləri bir-birindən asılı olmadan iki başqa vaksin variantı işləyib hazırlayıb.
“Johnson & Johnson” təmsilçiləri bəyan ediblər ki, onlar lazım olarsa, ilyarım ərzində 5 milyon doza vaksin istehsal edə bilərlər.
Bu günədək dünya üzrə Eboladan ölənlərin sayı 8 mini keçib.

COP29