EBRD Prezidentinin Azərbaycana səfəri başladı

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Prezidenti Odil Reno-Bassonun Azərbaycana səfəri başlayıb.

Yenicag.az xəbər verir ki, səfər çərçivəsində Bakıda bir sıra rəsmi görüşlərin keçiriləcəyi, həmçinin Gəncənin işıqlandırma sisteminin modernləşdirilməsinə dair sazişin imzalanması gözlənilir.

Səfər sentyabrın 13-dək davam edəcək.