Ebru biletin qiymətini qaldırdı – 2500 manat

Müğənni Ebru Gündeş silsilə konsertlərinə davam edir.

Çıxışlarına uzunmüddətli fasilə verməyən ifaçı 8 Mart – Qadınlar günündə də səhnədə olacaq. Lakin bu dəfə qiymətlər daha bahalı olacaq.

İstanbulun məşhur konsert salonlarından birində çıxış edəcək ifaçını qabaq sıradan dinləmək isəyənlər 5 min lirəsindən (təxminən 2500 manat) keçməli olacaq.

Artıq həmin günə olan biletlərin satıldığı bildirilir.

Yeniçağ.az