Türkiyənin məşhur müğənnisi Ebru Gündeş səhnədə geyindiyi paltarı hərraca çıxarıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, müğənni paltardan əldə olunan gəliri kimsəsiz uşaqlar üçün xərcləyəcəyini bildirib. Beləliklə, Ebru Gündeş 2 min lirəyə aldığı paltarını 50 min lirəyə satmağa nail olub. Məlumata görə, libası iş adamı alıb.