Ebru Gündeş İstanbula döndü – Foto

75010_ln18qfzlaiXəbər verdiyimiz kimi, həyat yoldaşı Rza Zərrab ABŞ-da həbs olunduqdan sonra müğənni Ebru Gündeş qızı Alara ilə birgə İstanbula dönüb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Mayamidən gələn ifaçı Atatürk hava limanında görüntülənib.

Qeyd edək ki, Rza və digər iki nəfərin ABŞ hökümətini aldatmaq ittihamı ilə 5 il, ABŞ-ın İran sanksiyalarını pozduğu üçün 20 il, bank saxtakarlığı üçün 30 il və “çirkli pullar”dan istifadə üçün 20 il olmaqla ümumi 75 il həbsi istənilir.