!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ebru Gündeş Rza Zərrabdan boşanır – FOTO

!Reklam – Yazi

bosanirlarABŞ-da həbsdə olan Azərbaycan əsilli iş adamı Rza Zərrab vəkili vasitəsilə mətbuata açıqlama yayıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zərrab müğənni həyat yoldaşı Ebru Gündəşin ondan boşanmaq istədiyini bildirib:

“Ebru Gündəş 13 sentyabr 2016-cı ildə boşanmaq istədiyini vəkili vasitəsilə mənə bildirib. Boşanma prosesinin tez olması üçün mənə təzyiq ediblər və 23 sentyabrda boşanma ərizəsini mənə göndəriblər”.

Rza Zərrab çətin günlər yaşamasına baxmayaraq, həyat yoldaşının bu qərarını hörmətlə qarşıladığını deyib.

2010-cu ildə evlənən cütlüyün 5 yaşında Alara adlı bir qızı var.

Xatırladaq ki, Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

Martın 19-da tutulan R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.

rzabosanma

www.yenicag.az

770
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv