Müğənni Ebru Yaşar Türkiyədə baş verən güclü zəlzələdən sonra qızı dağıntılar altında qalan Mesut Hançerə ev verəcəyini
demişdi.
Yenicag.az xəbər verir ki, sənətçi verdiyi sözü tutub.
O, iş adamı həyat yoldaşı Necat Gülsevenlə birlikdə Mesuta əşyalı ev bağışlayıb.
İfaçının bu xeyirxah addımı sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.
Hər kəs Ebrunun ünvanına xoş sözlər yazaraq ona tərif yağdırıb.