!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əbu-Dabi Azərbaycanı “Yaşıl siyahı”ya əlavə etdi

!Reklam – Yazi

Azərbaycan Əbu-Dabinin turistlər üçün nəzərdə tutulan “Yaşıl siyahı”sına əlavə edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti məlumat yayıb.

Məlumata əsasən, Azərbaycandan gələn sərnişinlər Əbu-Dabiyə endikdən sonra məcburi karantin tədbirlərindən azad edilir və yalnız Əbu-Dabi hava limanına çatdıqdan sonra PZR testindən keçməlidirlər.

Mayın 23-ü yenilənən “Yaşıl siyahı”ya artıq 29 fərqli yer daxildir. Aprelin 25-dən qüvvədə olan əvvəlki “Yaşıl siyahı” ilə müqayisədə siyahıya Azərbaycandan əlavə, Almaniya, Qırğızıstan, Moldova, İspaniya və ABŞ da əlavə edilib.

Mədəniyyət və Turizm Departamenti “Yaşıl siyahı”nın yalnız BƏƏ-yə sərnişinlərin gəldiyi yerlərə aid olduğunu, vətəndaşlığa aid olmadığını da açıqlayıb. Siyahı BƏƏ cəmiyyətinin rifahını təmin etmək üçün ciddi sağlamlıq və təhlükəsizlik meyarları əsasında yenilənir.

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv