!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əbülfəz Elçibəyin həyat yoldaşı Kələkidə dəfn edildi - YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Kələkidə kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.

Cənazə Azərbaycan bayrağına bürünüb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, sabiq deputat Arzu Səmədbəyli, MHP İğdır millət vəkili Yaşar Qaradağ, Ülkü Ocaqları rəhbərinin müavini Aybars Kösə, Türkiyə Ülkü Ocaqlarının baş katibi Ömər Çağrı Özdəmir və MHP-nin İstanbul və İğdır təşkilatlarının nümayəndə heyəti iştirak edib. Onlar mərasimdə MHP sədri Dövlət Bağçalının tapşırığı ilə iştirak ediblər./Report/

***

Türkiyədə vəfat edən Həlimə xanımın cənazəsi Azərbaycana göndərilib.

Yenicag.az xəbər verir ki, bu barədə tanınmış azərbaycanlı fəal Mete Kaya özünün facebook səhifəsində yazıb. O, Elçibəyin həyat yoldaşı Həlimə xanımın cənazəsinin hava limanından Azərbaycana yola salındığını bildirib, Türk dünyasına və mərhumun ailəsinə başsağlığı diləyib.

Qeyd edək ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım iyunun 14-də İstanbulda vəfat edib. O, bir müddətdir ki xəstəxanada müalicə olunurdu.

Həlimə xanım Naxçıvanın Kələki kəndində dəfn olunacaq.

***

Həlimə xanımın cənazəsini Bakıya gətirən təyyarə gecə saatlarında hava limanına enib.

Onun cənazəsini yaxınları və jurnalistlər qarşılayıb. Hava limanında olan jurnalist Azər Niftiyev bildirib ki, mərhumənin cənazəsini başqa bir təyyarə ilə Naxçıvana, Kələki kəndinə aparacaqlar.

Elçibəyin oğlu Ərturqut jurnalistlərə deyib ki, anası doğma kəndində dəfn olunmağı vəsiyyət edibmiş. Cənazənin qarşılanmasında iştirak edınlərin bəziləri hava limanlndan Kələkiyə yola düşüblər. Azər Niftiyev yazır ki, Həlimə Əliyevanın cənazəsini Naxçıvana aparmaq üçün prezident İlham Əliyev xüsusi təyyarə ayırıb./Musavat.com/

www.yenicag.az

3290
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv