“2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərinə müstəqil namizəd kimi qatılmışam”.
Bu sözləri Yenicag.az-a açıqlamasında 4 il öncə keçirilmiş parlament seçkilərində 18 saylı Nərimanov-Nizami dairəsindən öz namizədliyini verən, mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş politoloq Oktay Qasımov deyib.
O, 2024-cü il seçkilərində öz namizədliyini Böyük Quruluş Partiyasından (BQP) verəcəyi ilə bağlı səslənən iddialara münasibət bildirib:
“Qeyd etməliyəm ki, mən hansısa partiyanın üzvü deyiləm. Əbülfəz Elçibəy rəhmətə gedəndən sonra AXCP-dən ayrılmışam və o vaxtdan bu günə qədər müstəqil fəaliyyət göstərmişəm. Builki parlament seçkiləri ilə bağlı isə hələlik hər hansı bir qərarım yoxdur”.
VII çağırış Milli Məclisdə müxalifətin parlamentdə üstün olub-olmayacağı sualına cavabında isə O.Qasımov deyib ki, belə bir ehtimalın olması hələlik mümkün deyil. O, parlamentdə müxalifətin say üstünlüyü əldə edəcəyini düşünmədiyini də əlavə edib.
Rafi Müslümov