Əbülfəz Elçibəyin müşaviri vəfat etdi

Türkiyənin tanınmış ictimai-siyasi xadimi Nihad Çətinkaya vəfat edib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 73 yaşında dünyasını dəyişib.

O, Türkiyənin İğdır şəhərində doğulub. “Aleviliyin tarixi”, ”Qızılbaş türkləri və İğdırın tarxinin yazdıq” “Qızılbaş türklər” adlı kitabların müəllifidir.

Qeyd edək ki, N.Çətinkaya 1992-1993-cü illərdə Azərbaycanın mərhum Prezidenti Əbülfəz Elçibəyin müşaviri olub.